Bir neçə ildir Azərbaycanda qalmağıma baxmayaraq, başımı Azərbaycan dilində tam qatmaq çətin gəlir.
🔹 İngilis dili müəlliməsiyəm, ona görə də gün ərzində, iş yerimdə ingilis dilində danışıram.
🔸 Otaq yoldaşım da Amerikalıdır, ona görə də evdə də ingilis dilində danışıram.
🔹 Həftə boyu mağazalara, müxtəlif məkanlara getsəm belə, hələ də çoxlu fürsətim yoxdur ki, dərin söhbətlərə girim.
🔸 Bir neçə dostlarım var ki, görüşəndə istəyirlər bir-birmizlə ingilis dilində danışaq ki, praktika etsinlər. Onlara kömək etmək mənə xoşdur. Lakin əgər hazırki Azərbaycan dilimin səviyyəsi təkmilləşdirəcəyi olan söhbət etmək istəsəm, əvvəlcədən planlı şəkildə yerli dostlarımla bir görüş təyin etməliyəm və onlardan istəməliyəm ki, ancaq Azərbaycan dilində danışaq.
🔹 Azərbaycan dilində çoxlu dil resursları yoxdur. Demək olar ki, Azərbaycan dilini öyrənənlər yoxdur, və onlar üçün dil resursları yaranmayıb, xüsusilə beginner-dən yuxarı seviyyələrdə.
🔸 Həqiqət desəm, Azərbaycan serialları çoxu sıxdırıcıdır, mənə maraqsızdır.😅 Baxmaq istədiyim bir serial ya da film tapsam da, alt-yazı yoxdur. Baxarkən bir ifadə ya da cümlə başa düşməsəm, tam anlamadan davam etməyə məcburam.
Azərbaycan dilində üzləşdiyim çətinlik bəziləri budur. Gələn postumda isə, mən həmin dillə bağlı müsbət cəhətlərə diqqət yetirmək və sevdiyim şeylər haqqında yazmaq istəryirəm. ☺️
Siz hədəf dilinizdə hansı çətinliklər və maneələrlə üzləşmisiniz?